ŞƏBƏKƏLƏŞMƏ

DIREKTERRA-da siz təhsil sektorunda təşəbbüskar liderlərin peşəkar icmasını tapa bilərsiniz. Ölkənizdəki, Almaniyada və ya dünyanın hər yerindən olan həmkarlarınızla şəbəkə qurun. Platformanın bütün qeydiyyatdan keçmiş istifadəçilərinin olduğu xəritə və tematik açar sözlər üçün olan axtarış funksiyası sizə burada kömək edəcək.

Bir-birinizlə tanış olun, söhbət (chat) vasitəsilə birbaşa mesaj yazın, tematik qrup yaradın, cari təhsil trendlərini müzakirə edin və ya birgə tədbirlər və layihələr planlaşdırın.

PEŞƏKAR İNKİŞAF

Yalnız DIREKTERRA-da ödənişsiz olan beynəlxalq ekspertlərlə olan seminarlarımızda və sual-cavab sessiyalarımızda iştirak edin. Biz həmçinin ya eksklüziv olaraq DIREKTERRA istifadəçiləri üçün, ya da cəlbedici endirimlərlə təlimlər təklif edirik. Təhsil landşaftında öndəgedən olun, yeni təhsil trendləri ilə ilk siz tanış olun, təhsil müəssisənizin və komandanızın çoxşaxəli strateji inkişafına töhfə verəcək liderlik bacarıqlarınızı və yumşaq bacarıqlarınızı (soft skills) gücləndirin.

TƏCRÜBƏ MÜBADİLƏSİ VƏ KOMMUNİKASİYA

Fikirlərinizi DIREKTERRA icması ilə bölüşün, həmkarlarınıza suallar verin və dünyanın hər yerindən cavablar alın. Həmkarlarınızın təcrübəsindən ilhamlanaraq birgə layihələr həyata keçirin. Profilinizi ingilis, alman və ya yerli dildə yaradın və cəmiyyətə peşəkar maraqlarınız və ya işinizdəki çətinliklər barədə məlumat verin.

NİYƏ DIRECTTERRA

DIREKTERRA beynəlxalq təcrübənin köməyi ilə təhsil öz müəssisəsini inkişaf etdirməyə səy göstərən, öz bacarıqlarını inkişaf etdirmək istəyən, Almaniya və digər ölkələrdəki təhsil və biznes mütəxəssisləri ilə eksklüziv tədbirlərdə iştirak etməkdə maraqlı olan, təşəbüsskar təhsil liderləri və onların müavinləri üçün olan bir platformadır.

 

DIREKTERRA təhsil sektorundakı məktəb və peşə məktəbi rəhbərləri və qərar qəbul edənlər arasında şəbəkə yaradır, informasiyalar verir, yeniliklər barədə məlumatlandırır və beynəlxalq mübadilələrə dəvət edir.

 

DIREKTERRA-da siz, sizinlə həmfikir olan insanlar tapacaqsınız ki, onlarla nəinki təcrübə mübadiləsi və peşəkar əlaqələr qura, həmçinin birgə layihələr hazırlayıb həyata keçirə bilərsiniz.

 

DIREKTERRA aparıcı təlim müəssisələrinin əməkdaşlığı ilə, yalnız DIREKTERRA istifadəçiləri üçün əlçatan olan müxtəlif innovativ və müasir təlim imkanları təklif edir.

 

DIREKTERRA, Goethe İnstitutunun hədəf qruplar üçün olan, müasir təhsil trendlərini və beynəlxalq təcrübəni özündə birləşdirən və beləliklə də təhsil müəssisələrinin inkişafına töhfə verən xüsusi əlavə təlim təkliflərini özündə cəmləşdirir.

İndi qoşulmaq

Ən vacib funksiyalar bir icmalda DIREKTERRA komanda işində sizə dəstək verəcək çoxsaylı alətləri (tools) özündə birləşdirir

İdarə paneli

İstənilən vaxt öz qruplarınız, layihələriniz, fəaliyyətləriniz və icmanızdan yeniliklər haqqında şəxsi icmal əldə edin.

Komanda söhbəti (chat)

Open Source-Messenger daxildir! Brauzer, smartfon və ya iş masası proqramı vasitəsilə insanlara, layihələrə, qruplara və ya öz kanallarınıza mesajlar göndərin.

Yeniliklər

Qrupunuza və ya bütün icmaya yeniliklər barədə məlumat vermək üçün post paylaşaraq bunu edə bilərsiniz.

Sənədlərlə birgə iş

Mətnlər, cədvəllər və təqdimatlar üzərində onlayn işləyin - birlikdə və eyni vaxtda! MS Office və ya Google Docs kimi rahatdır.

n-Cloud

Siz fayl və qovluqlarınızı evdə və ya yolda olarkən daha rahat şəkildə idarə edə bilərsiniz - Nextcloud-a əsaslanan n-Cloud (n-Bulud) ilə.

Təqvim və hadisələr

Qrupunuzun və ya layihənin ümumi təqvimində daxili görüşlər və ictimai tədbirlər yaradın.

BİZİM HAQQIMIZDA

Goethe-Institut e.V. Almaniya Federativ Respublikasının dünyaca fəaliyyət göstərən mədəniyyət institutudur.

Goethe İnstitutları, Goethe Mərkəzləri, mədəniyyət cəmiyyətləri, oxu zalları, eləcə də imtahan və dil öyrənmə mərkəzləri şəbəkəmizlə, demək olar ki, 70 ilə yaxın müddət ərzində bir çox insan üçün Almaniya ilə ilk əlaqə nöqtəsi olmuşuq. 90-dan çox ölkənin aparıcı qurumları və şəxsiyyətləri ilə uzunmüddətli əməkdaşlıq ölkəmizə davamlı inam yaradır.

Biz Almaniya və onun mədəniyyəti ilə aktiv məşğul olan hər kəsin tərəfdaşıyıq və heç bir siyasi partiyaya bağlı olmadan müstəqil işləyirik.

ƏLAQƏ